"Neftçi" çox yaxşı oyun nümayiş etdirdi. Oyun 1:1 hesabı ilə bitdi və cavab oyunu qalır. Başlanğıcda elə də yaxşı çıxış etmədik. Əgər mərhələ keçmək istəyiriksə bugünküdən də, yaxşı çıxış etməliyik".
Korner.az-ın məlumatına görə, bu sözləri bu gün Avropa Liqasının "pley-off" mərhələsinin ilk matçı çərçivəsində "Neftçi" ilə oyundan sonra Kiprin APOEL klubunun baş məşqçisi İvan Yovanoviç deyib.
Yunan baş məşqçi daha sonra bunları dedi:
"Bu gün zəif komanda yoxdu. Hər kəs futbol oynayır. Rəqibimizə hörmətlə yanaşırıq. Əgər bu yerə çatmışıqsa işimizin nəticəsidir. "Neftçi" canfəşanlıqla oynadı ancaq, biz passiv oynadıq. Bir sözdə deyim, biz belə meydançada oynamamışıq. Meydançanı bəhanə edib günah göstərmək fikirim yoxdu. "Neftçi" bizi passiv oynamaqa vadar etdi. İndi qarşıdakı oyuna hazırlaşmalıyıq. Əsas məqsədimiz burada ən azı heç-heçə etmək idi"..
