Super Liqa klubunun futbolçusu sıraya dönür
19.03.2024 , 17:31

“Beşiktaş”ın zədəlisindən xəbər var.
Korner.az xəbər verir ki, “Alanyaspor”la matçında zədələnən Aleks Oksleyd Çemberlen meydana qayıtmaq üçün gün saymağa başlayıb.
“Milliyet”də yer alan xəbərə görə, zədəsi səbəbindən mövsümü bağladığı iddia edilən Aleks Oksleyd Çemberlen xeyli sağalıb.
Futbolçunun martın sonunda İstanbula qayıdacağı və komanda ilə oynamağa başlayacağı gözlənilir.
