Muslera “Qalatasaray”da qalır
19.03.2024 , 16:26

“Qalatasaray”ın prezidenti Dursun Özbek sponsorluq müqaviləsindən sonra mətbuata açıqlama verib.
Korner.az xəbər verir ki, klub rəsmisi açıqlamasında futbolçuların müqaviləsinin uzadılması ilə bağlı bunları deyib:
“Futbolçularımızın yeni müqavilələri ilə bağlı işimiz yekunlaşıb. Muslera ilə şəxsən görüşdüm. Qardaşım Erden də bu məsələ ilə bağlı lazımi açıqlamalar verdi. Heç bir problem yoxdur. 1+1 illik müqavilə olacaq”.
