Super Liqa klubu baş məşqçini göndərdi
31.05.2024 , 21:11

“Ankaragücü” baş məşqçisi Emre Belözoğlu ilə yollarını ayırıb.
Korner.az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.
Super Liqa təmsilçisi 43 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verib.
Klub məşqçiyə təşəkkür edib və ona uğurlar arzulayıb.
