Növbəti mövsüm üçün transfer işlərini davam etdirən “Sumqayıt” klubu daha bir futbolçunu heyətinə qatıb.
Korner.az-ın “Sumqayıt” klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, son olaraq “Rəvan”da çıxış etmiş Elvin Həsənəliyev komanda ilə 1 illik müqavilə imzalayıb.
Futbolçu “Sumqayıt”da icarə əsasında çıxış edəcək.