"Sumqayıt" daha bir transferini reallaşdırıb.
Korner.az-ın məlumatına görə, Bernard Raabın komandası "Kəpəz"in aparıcı üzvü Ceyhun Sultanovla müqavilə bağlayıb. Bu xəbəri klubun mətbuat xidmətinin rəhbəri Rəşad Məmmədov da təsdiqləyib: "Bəli, Ceyhunla 1 illik müqavilə bağlamışıq. Onun komandamıza faydalı olacağına inanırıq. Sultanov həmçinin, gənc futbolçularımıza yaxşı ornək olacaq".
