big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Rəşad Abdullayev: “Bu, karyeramda ilk və axırıncı hadisədir” – MÜSAHİBƏ

01.06.2012 , 05:28

“Qəbələ” futbol klubunun yeni transferi Rəşad Abdullayev təqdimat mərasimindən sonra verdiyi müsahibə.

– Müqaviləniz hansı müddətə nəzərdə tutulub?
– Hələlik 1 ildir. Sonrasını gələcək göstərər.

– Niyə məhz “Qəbələ”ni seçdiniz?
– Başqa təkliflər də var idi. Danışıqlar gedirdi. Əsas məsələ şərtlərlə bağlıdır. Buradakı şərtlər daha çox xoşuma gəldi. “Qəbələ”də hər şey göz qabağındadır. Burada futbol oynamaq üçün hər cür şərait var. Ona görə də məhz bu klubu seçdim.

– Müsahibələrinizin birində demişdiniz ki, Avropa kuboklarına vəsiqə qazanan komandalardan birinə keçməyə çalışacaqsınız. Həmin klubların şərtləri Sizi qane etmədi, yoxsa “Qəbələ” daha cəlbedici təklif irəli sürdü?

– Danışıqlar gedirdi. Avrokuboklara gedən komanda olsaydı, daha yaxşı alınardı. Amma “Qəbələ”nin təklifi də yaxşı oldu. Həm də qitəmiqyaslı turnirlərə şanslı komanda idi. Amma şanslarını sonda əldən verdilər. Qarşıdakı mövsümdə çalışacağıq ki, komandamız çempion olsun və Avropa kuboklarına vəsiqə qazansın.

– “Neftçi”dən gedişinə dair xəbərlər yayılanda bu barədə məlumatsız olduğunu bildirirdiniz. İndi isə bu barədə münasibətinizi bildirərdiniz

– “Neftçi” haqda fikir bildirmək istəmirəm. Gedişim doğrudan da bir qədər özümə də aydın olmadı. Gözləmirdim deyəndə ki, hər bir futbolçu üçün klubu tərəfindən bəyənilməməsi mümkündür. Sonradan saytlardan öyrəndim ki, “Neftçi” rəhbərliyi bəzi oyunçularla müqaviləni uzatmır. Yenə də mənim üçün problem yox idi. Təkliflər var idi və götür-qoy edərək, “Qəbələ” ilə razılaşdım.

– “Qəbələ”yə “Neftçi”nin acığına keçdiniz?

– Yox. Bu, peşəkar futboldur. Heç kiminlə incikliyim yoxdur. Futbolda acıqla heç nə olmur. Belə baxanda burda nə var ki… Təklif verilib və qəbul etmişik.

– “Neftçi”də ikən baş məşqçi Böyükağa Hacıyev sizi əvəzlədikdə buna müxtəlif formalarda kəskin etiraz edirdiniz. Yeni klubunda Fatih Kavlak da sizi əvəzləsə və ya ehtiyata göndərsə, bunu normal qarşılayacaqsınız?

– Bu, başqa söhbətdir. Elə oyunlar olurdu ki, məsələn, “Neftçi” – “Xəzər Lənkəran” matçında mən məhz oynamaq istəyirdim. Amma elə oyunlarım da olurdu ki, alınmırdı. Oynamaq istədiyimdən, belə söz-söhbətlər də yaranırdı. İndi bu kluba keçmişəm. “Qəbələ” peşəkar komandadır. Yəqin ki, əsas heyət oyunçusu olacağam. Baş məşqçi ilə də söhbətim olub. Hansı taktiki dəyişikliklər edəcəyini gələcək göstərəcək.

– “Qəbələ” sizinlə yanaşı, “Neftçi” – “Xəzər Lənkəran” matçında şillə atdığınız gənc müdafiəçi Şəhriyar Xəlilovu da transfer edib…
– O söhbət çoxdan olub. Həmin oyundan sonra onunla görüşmüşəm, üzr istəmişəm. O, məndən cavandır, kiçik qardaşımdır. Artıq o hadisəni yadıma salmıram. Bu, karyeramda ilk və axırıncı hadisədir.

– Bildiyimizə görə, “Neftçi” sizi saxlamaq istəyib. Lakin əmək haqqını azaltmaq istəsə də, bununla razılaşmamısınız. Bu xəbər nə dərəcədə inandırıcıdır?

– Yox, vallah. Bizdə pul söhbəti olmayıb. “Neftçi”də çıxış etdiyim 3 mövsüm ərzində heç vaxt pul məsələsində razılığa gəlmədiyim vaxt olmayıb. Hər mövsümün sonunda razılığa gələrək, müqaviləni uzadırdıq. Bu dəfə isə yəqin ki, rəhbərliyin nə isə fikri və planları olub.

– Rəhbərlik sizi saxlamadı, yoxsa siz özünüz getdiniz?

– Özümə də bu məsələyə dair açıqlama, aydınlıq gəlməyib.

Son yazılar

To Top