Hazırlığının ikinci mərhələsini Gürcüstanda davam etdirən “Sumqayıt” klubu qonşu ölkədə üçüncü yoxlama görüşünə çıxıb.
Korner.az-ın məlumatına görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda Premyer Liqa təmsilçisi “Quriya Lançxuti” ilə üz-üzə gəlib.
Bu görüşdə hesab açılmayıb – 0:0.
Qeyd edək ki, “Sumqayıt” FK bundan öncə birinci liqa təmsilçisi “Mertsxali”ni 3:0 və Premyer Liqa təmsilçisi “Merani Martvili”ni isə 2:1 hesabı ilə məğlubiyyətə uğratmışdı.
