“Qarabağ” Avropa Liqasının II təsnifat mərhələsində Polşanın “Pyast” klubu ilə cavab oyununa hazırlığını başa vurur.
Korner.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, bu gün saat 19:30-da Tofiq Bəhramov adına Respublika stadionunda sonuncu məşqinə çıxacaq ağdamlılar bununla da Bakıdakı hazırlıqlarını tamamlayacaq.
Gümüş medalçımız sabah səhər çarter reysi ilə birbaşa Polşanın Katovitse şəhərinə yollanacaq. Komanda ordan 30 km aralıda yerləşən Qlivitse şəhərinə gedəcək. Sabah “Qarabağ” yerli vaxtla 17:30-da (Bakı vaxtı ilə saat 20:30-da) oyunun keçiriləcəyi stadionda sonuncu məşqinə çıxacaq.
Qeyd edək ki, ilk oyunda 2:1 hesabı ilə qalib gələn “Qarabağ” cavab matçını iyulun 25-də Bakı vaxtilə saat 20:30-da keçirəcək.
