“Barselona”nın idman direktoru Andoni Subisarreta bu gün klubun baş məşqçi postuna öz namizədinin adını təqdim edəcək.
Korner.az-ın məlumatına görə, əfsanəvi qolkiper bu posta Kataloniya klubunun ən yaxşı futbolçularından olmuş, hazırda “Selta”nı çalışdıran Luis Enrikeni layiq bilir.
Enrikenin namizədliyi təsdiqlənərsə, Kataloniya klubu “Selta”ya 3 milyon avro həcmində kompensasiya ödəməli olacaq.
Xatırladaq ki, Luis 2008-2011-ci illərdə “Barsa”nın gənclərdən ibarət komandasında çalışıb.