Stolüstü tennisçilərimiz Avropa birinciliyində
21.05.2024 , 12:06

Yeniyetmə stolüstü tennisçilərimiz Avropa birinciliyinə qatılacaqlar.
Korner.az xəbər verir ki, seçmə komandamız bu məqsədlə Rumıniya paytaxtına yollanıb.
Buxarest sınaqlarında 4 idmançımız bacarığını göstərəcək. Onur Quluzadə, Şakir Qədirov, Yağmur Məmmədli və Banu Baytallı seçmə komandanın məşqçiləri Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi ilə qələbə uğrunda mübarizə aparacaq.
Yarışlara mayın 22-də start veriləcək. Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Zaur Mikayılov da Avropa birinciliyinə dəvət alıb. Təcrübəli hakim yarışın oyunlarını idarə edəcək.
