Bu gün Topaz Premyer Liqasının VI həftəsində "Simurq" Gəncənin "Kəpəz" klubunu qonaq edəcək. Korner.az- ın klubun rəsmi saytına istinadən məlumatına görə, saat 18:00-da Zaqatala şəhər stadionunda keçiriləcək matç öncəsi komanda son məşqinə çıxıb. Tam heyətlə hazırlıqları tamamlayan Zaqatala təmsilçisi, bu günkü məşqdə isinmə hərəkətlərindən sonra qısa ötürmələr və qapıya zərbələr üzərində çalışıb.
Gəncə klubuyla 9-cu duel ərəfəsində "Simurq"un üstünlüyü var. Doğma arenada "Kəpəz"ə heç vaxt məğlub olmayan "sarı-qaralar", sabahkı qarşılaşmadan da 3 xalla ayrılarsa turnir cədvəlindəki liderliyini möhkəmləndirəcək.
