İngiltərə yığmasının və “Çelsi” klubunun kapitanı Con Terri milli komandada karyerasını başa vurub.
Korner.az– ın məlumatına görə, futbolçu bu addımı ürək ağrısı ilə atdığını və fikrini ancaq “Çelsi”yə yönəldəcəyini deyib deyib:
“Hələ uşaq ikən bir arzum var idi: İngiltərə yığmasının şərəfini qorumaq və onun kapitanı olmaq. Həmişə var gücümlə mübarizə aparmışam və getmək qərarını ürək ağrısı ilə verirəm. Roy Hocsona və komandaya uğurlar diləyirəm. İndi bütün diqqətimi “Çelsi”dəki, çıxışıma yönəldəcəyəm. Bu komanda ilə ölkədaxili və beynəlxalq titulları qazanmağı çalışacağam. Azarkeşlərə və klubuma hər zaman məni dəstəklədiklərinə görə minnətdaram”.