big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Simurq” 10 yeni futbolçuyla müqavilə imzaladı

05.02.2013 , 20:34

Hazırlıqları başa vuran "Simurq"un əvəzedici heyəti artıq AZAL-la oyuna tam hazırdı.

Korner.az-ın məlumatına görə, yanvarın 5-dən təlim-məşq toplanışına start verən Rövşən Babayevin yetirmələri 30-da məşqləri tamamlayaraq 3 günlük istirahətə çıxıb.

Bu dövrdə həm heyəti yenidən kompleksleşdirilən komanda, həm də bir neçə yoldaşlıq görüşündə gücünü sınaqdan keçirib. Bu haqda klubun rəsmi saytına açıqlama verən Babayev görülən son işlər və yetirmələrinin çempionata hazırlığı haqda məlumat verib: “Əvvəlcədən də bildirdiyim kimi, yanvarın 5-dən 10-dək seleksiya xarakterli toplanış keçirdik. Zaqatalaya müxtəlif bölgələrdən 100-dən artıq yeniyetmə futbolçu təşrif buyurdu. Bizdə qarşımıza məqsəd qoymuşduk ki, heyəti yaş baxımından cavanlaşdıraq. İndidən növbəti mövsümün də heyətin quraq. Nəticədə onlar içərisindən ən istedadlıların seçdik və 10 yeni futbolçu ilə müqavilə imzaladıq. Onlardan bir neçəsi birinci dəstədə iştirak edən komandaların heyətində forma geyinib”.

Daha sonra gənc mütəxəssis komandasının keçirdiyi yoldaşlıq görüşləri haqqında məlumat verib: “Bundan sonra artıq çempionata tam şəkildə hazırlaşmağa başladıq və bu prosses 30-na qədər davam etdi. Komandamın gücünü yoxlamaq üçün beş yoldaşlıq görüşü keçirdik. İlk rəqibimiz Gürcüstanın “Ameri” kollektivi oldu və onları 3:2 hesabı ilə məğlub etməyi bacardıq. Daha sonra Tovuzda “Turan”ın əsas heyəti ilə qarşılaşdıq. İlk hissədə ideal 11-i meydana buraxdım və qolsuz heçə-heçə oynadılar. Fasilədən sonra isə yeni seçilmiş uşaqlara şans verdim. Yaş fərqinə və təcrübəsizliyə baxmayaq yaxşı oyun nümayiş etdirdilər. Ancaq bu matçda 4:0 hesabı ilə məğlub olduq. Növbəti yoxlama görüşümüz Ağsuda I dəstədə mübarizə aparan “Ağsu” komandası ilə oldu. Bu qarşılaşmada da ilk hissədə əsas heyətə şans verdim və onlar qolsuz heç-heçə etdilər. İkinci 45 dəqiqədə isə yenidən seleksiyadan seçdiyim futbolçuları meydana buraxdım. Bu matçda da onların oynundan razı qalsam da, təcrübəsizliyin qurbanı oldular və 5:1 hesabı ilə məğlub olduq. Dördüncü yoxlama oynumuzu Gəncədə “Tərəqqi” ilə keçirtdik. Həmin matçda da 2:0 hesabı ilə məğlub olduq. Son gürüşümüzü isə Zaqatalada Abxaziyanın yeniyetmələrdən ibarət yığma komandası ilə keçirtdik. Bu qarşılaşmada 3:2 hesabı ilə qalib gəlməyi bacardıq və toplanışı yekunlaşdırdıq. Bundan sonra komandanı istirahətə buraxdıq və fevralın 3-dən yenidən bir araya gəlmişik”.

Rövşən bəy açıqlamasında ümumilikdə toplanışdan razı qaldığını, istədiyi futbolçuları heyətə cəlb edə bildiyini qeyd edib. O, həmçinin, komandadan göndərilən futbolçular haqqında da məlumat verib: “Allahın köməkliyi ilə fasilədən sonra da uğurumuzu davam etdirmək niyyətindəyik. Maksimum səviyyədə çalışdıq ki, heyəti qoruyaq. Yalnız zədə səbəbindən Rəvan Alxazov və Qafar Qafarov müalicə olunmalı olduqlarından, Qəhramanov Elgün və Abdullayev Sərxan isə hərbi xidmətə getdiklərindən, komandadan ayrıldılar. Onların əvəzinə isə yeni seçdiyimiz futbolçularla doldurmağa çalışacağıq. Oyun təcrübələri az olsa da, hesab edirəm ki, tez bir zamanda bizim sistemimizə uyğunlaşa biləcəklər və gələcəkdə daha çox bizə kömək edəcəklər”.

Əvəzedi heyətimizin baş məşqçisi açıqlamasında komandasının fasilədən sonra da qələbələri davam etdirmək istədiyini və medallara nail olmaq üçün heyəti qorumağa çalışdıqlarını da bildirib: “Təbii ki, fasilədən sonra da qələbələrin davamını gətirmək istəyirik. Məqsədimiz yaxşı futbolçular yetişdirməklə yanaşı, medallar uğrunda da mübarizə aparaq və gözəl nəticələr əldə edək. Klubun prezidenti Anar Bəkirovda çox sağ olsun ki, bizim hər bir işimizdə yaxından köməklik göstərir. Hər bir problemimizin vaxtında və lazımı qaydada həll olunması üçün tapşırıqları verir. Medallar uğrunda mübarizə aparmaq istədiyimizdən heyətimizi qorumağa çalışdıq və buna nail olduq. Yenilərlə birlikdə məqsədimizə doğru irəliləyəcəyik”.

Sonda qarşıdakı AZAL-la oyun haqqında da məlumat verən Rövşən Babayev komandasının səfərdən yaxşı nəticə ilə qayıdacağına ümid etdiyini qeyd edib: “Artıq AZAL-la oyunun hazırlıqlarına start vermişik. Rəqib komanda da məşqçi dəyişikliyi oldu və Nazim Əliyev bu posta gətirildi. Bu da fikrimcə onların oyununda dəyişikliklərə səbəb olacaq. Daha yaxşı oynamağa və nəticə qazanmağa çalışacaqlar. Biz də hazırlıqlarımızı davam etdiririk. Məqsədimiz turnir cədvəlindəki yerimizi itirməməkdir. Bu səbəbdən də yalnız qələbə haqqında düşünürük. Fikrimcə, komandamın hazırkı vəziyyəti bizim yaxşı nəticə ilə qayıtmağımıza kömək edəcək”.

Son yazılar

To Top