Türkiyə superliqasının final mərhələsi oyunu "Qalatasaray" – "Beşiktaş" matçında maraqlı hadisə baş verib.
Korner.az-ın məlumatına görə, görüşün ilk yarısının ardından "qara-qartallar"ın çalışdırıcısı Tayfur Havutçu tərəfindən Holosko ilə əvəzlənən Simao heç kimə xəbər etmədən, taksiyə oturaraq evinə gedib. Futbolçunun "Türk Telekom" arenada olmadığını görən "Beşiktaş" rəhbərliyi Simaoya zəng vuraraq onu geri çağırıblar.