“Sevilya”nın futbolçusu “Trabzonspor”un hədəfində
27.07.2023 , 13:21

“Trabzonspor” “Sevilya”dan futbolçu transfer edə bilər.
Korner.az xəbər verir ki, Super Liqa təmsilçisi Tomas Delaneyi heyətində görmək istəyir.
“Sevilya” ilə 2 illik müqaviləsi olan yarımmüdafiəçilə “Trabzonspor”dan başqa “Kopenhagen” də maraqlanır.
Türkiyə klubunun 31 yaşlı danimarkalı futbolçunun meneceri ilə ilkin əlaqəni qurduğu və bu transferin başa çatması üçün əlindən gələni etdiyi bildirilir.
Mina Musayeva
