Daha 1 il “Turan Tovuz”da
27.07.2023 , 12:57

“Turan Tovuz” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, bölgə təmsilçisi “Neftçi”dən Xəyal Nəcəfovu icarəyə götürüb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi 2024-cü ilin yayına qədər “Turan Tovuz”da çıxış edəcək.
Xəyal ötən mövsümü də bölgə klubunda keçirmişdi.
