“Sevilya” Premyer Liqadan futbolçu transfer etdi
27.06.2018 , 16:59

“Sevilya” heyətini yeni futbolçu ilə gücləndirib.
La Liqa təmsilçisi İngiltərənin “Suonsi Siti” klubunda çıxış edən yarımmüdafiəçi Roke Mesanı transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Tərəflər 2021-ci ilə qədər müqavilə imzalayıblar. Transferin maddi detalları açıqlanmayıb. Amma İspaniya mətbuatının yaydığı məlumata görə, “Sevilya” yeni oyunçusuna görə 8 milyon funt-sterlinqindən keçib.
