"Soudemton"la oyunda dizindən zədə alan "Mançester Siti"li Serxio Aqueronun vəziyyətini yaxşıya getdiyi bildirilir.
Korner.az-ın məlumatına görə, 24 yaşlı forvard buna baxmayaraq zədə olan yerə buz qoyaraq dincəlməyə çalışır.
Qeyd edək ki, argentinalı futbolçu "şəhərlilər"də ilk mövsümündə 34 Premyer Liqa matçında 23 qol vurmağa müvəffəq olmuşdu.
