Ulduz futbolçuları transfer etməkdən doymayan İngiltərənin "Kuins Park Reyncers" klubu daha bir keçidi reallaşdırıb.
Korner.az-ın məlumatına görə, budəfəki hədəf Madrid "Real"ının müdafiəçisi Rikardo Karvalyo olub. 34 yaşlı müdafiəçi ilə 1 illik müqavilə bağlanıb. "Kral klubu"nun Amerikada keçirdiyi təlim-məşq toplanışına daxil edilməyən portuqaliyalı, yenidən İngiltərədə top qovacaq.
Müdafiəçi ilə "Tottenhem" də maraqlanırdı. Lakin "Kuins Park Reyncers" transferi rəsmiləşdirərək futbolçu ilə müqavilə bağlayıb.
