Semih “Fənərbağça”da
25.07.2023 , 20:25

Türkiyəli keçmiş hücumçu Semih Şentürk “Fənərbağça”nın U-19 komandasına baş məşqçi təyin olunub.
Korner.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Semih futbolçu kimi 2002-2014-cü illərdə “Fənərbağça”nın formasını geyinib.
