Premyer Liqa klubundan yeni transfer
25.07.2023 , 19:55

“Nottingem Forest” heyətini yeni futbolçu ilə gücləndirib.
Korner.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Mançester Yunayted”dən Antoni Elanqanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 21 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
