Santyaqo Solari Mourinyoya sataşıb
05.03.2019 , 21:12

Madridin “Real” klubunun baş məşqçisi Santyaqo Solari Joze Mourinyonun yenidən “kral klubu”nu çalışdıracağı ilə bağlı suallara cavablandırıb.
42 yaşlı baş məşqçi “Real”ın Culia Robertsdən daha çox elçisi olduğunu söyləyib.
“Real” böyük klubdur. Zəif çıxış zamanı baş məşqçinin tez-tez dəyişdirilməsi adi haldır. Bu klubun Culia Robertsdən çox elçisi var.
Qeyd edək ki, Santyaqo Solari Yulen Lopeteqinin istefasından sonra “Real”ın sükanı arxasına keçib.
