Salah millidən kənar qaldı
11.03.2024 , 20:14

“Liverpul”un hücumçusu Məhəmməd Salah Misir millisindən kənar qalıb.
Korner.az xəbər verir ki, buna səbəb futbolçunun zədəli olmasıdır.
Buna görə də ulduz oyunçu yığmaya çağırılmayıb.
Misir millisi martın 22-dən 26-dək Birləşmiş Ərəb Əmirliklərində keçiriləcək yoldaşlıq turniri çərçivəsində Xorvatiya, Yeni Zelandiya və Tunislə qarşılaşacaq.
