Dias milli seçimini etdi
11.03.2024 , 19:47

“Real”ın futbolçusu Brahim Dias bundan sonra Mərakeş millisinin formasını geyinəcək.
Korner.az xəbər verir ki, 24 yaşlı yarımmüdafiəçi daha öncə İspaniyanın U-17, U-19 və U-21 kimi komandalarında forma geyinib.
Lakin şans qazana bilməyən Brahim bundan sonra Mərakeş yığmasında oynamağa qərar verib.
