Şahmatçımızdan bürünc medal
29.08.2023 , 16:56
Azərbaycan şahmatçısı Günay Məmmədzadə Hindistanın MGD1 komandasının heyətində Almaniyada rapid üzrə dünya çempionatının bürünc mükafatçısı olub.
Korner.az xəbər verir ki, 12 turun yekun nəticəsinə əsasən MGD1 komandası 18 xal toplayıb və yarışı üçüncü pillədə başa vurub.
Rapid növü üzrə dünya çempionatında qələbəni Bakıda keçirilən Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandanın da şərəfini qoruduğu “WR Chess” bayram edib.
Qalib komanda 22 xalla bütün rəqibləri qabaqlayıb. Dünya çempionu Vişvanatan Anandın çıxış etdiyi “Freedom” 20 xalla ikinci yerlə kifayətlənib.