Çində danışılmış oyunlarlıa bağlı həbslərə başlanılıb. Korner.az-ın məlumatına görə, bunlardan ikisi Çin Futbol Assosiasiyasının sabiq vitse-prezidentləri Nan Yun və Se Yalun 10,5 il müddətinə azadlıqdan məhrum edilib.
Sabiq rəsmlilərin adı danışılmış oyunlarda və rüşvət almaqda hallanır. Onların 200 min dollardan çox rüşvət aldıqları bildirilir. Bundan əlavə, Çin milli komandasının keçmiş futbolçularından 4-ü – Şen Sı, Tsi Xun, Tszyan Tszin və Li Min
6 ilədək həbs olunublar. Onlar danışılmış oyunlarda iştirakları ilə əlaqədar 79 min dollar cərimə də ödəməlidirlər.