big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Vicdan susmayanda

13.06.2012 , 10:19

Çempionatın bitib hamının kölgəyə çıxdığı məqamda bığ yeri təzə tərləyən futbolçucuqların törətdiyi həngamə bir anda fırtına yaratdı. Hələ gələcəkdə nəyin qulpundan yapışacaqları bəlli olmayan o cocuqların indidən belə qoçuluğa keçmələri nəyin işarəsidi? Onun işarəsidi ki, sinənizə döyüb biz futbolçu yetişdiririk deməyin, sizin yetişdirdikləriniz bir sürü hoqqabazdı, gələcəyin əxlaqdan kamlarıdı…
…İlk dəfə idi ki, AFFA İntizam Komitəsinin çıxardığı qərarı alqışladım. Hələ bəlkə daha ağır cəza vermək – silib atmaq lazım idi hamısını futboldan. Futbolçucuğundan tutmuş, onun yumruğuna yumruq dayayan klub rəsmisinə qədər.
Cəza verildi – pakizə. Amma hər hansı araşdırmanın nəticəsini gördüzmü? Kim başlayıb dava-dalaşı, kim təhrik edib… Hanı sizin AFFA nümayəndəniz, hakiminiz? Nə yazıblar protokollarında? Bilən yoxdu…
Mən hər şeyi anladım. Amma vur öldür – bir şeyi qanammadım ki, idman mediasında demək olar ki, hamının gözündə humanist insan imicinin mücəssəməsi olan Hafiz Məmmədov gecə yarısınadək çəkən iclasın sonunda məhz Marketinq və …. Nəriman Mehdiyevi də günahkarlar sırasına daxil edib? Klubun açıqlamasını oxudum, dönə-dönə oxudum. Amma… Yazılıb ki, hadisədən sonra “Bakı”nın saytında yerləşdirilən bəyanat klubun mövqeyi olmayıb və klub prezidenti ilə razılaşdırılmayıb. Stop!
1. Hadisədən sonra Zeynal Məmmədovun açıqlamalarını bütün media paylaşıb. Məgər onun sözləri klubun mövqeyi deyildi? Bəs Yaşar Seyidovun açıqlamaları nə idi? O da klubun mövqeyi deyildi? Baş menecer danışır, vitse-prezident danışır, məgər klubun mövqeyi deyil bu adamların dedikləri? Bəlkə onun dedikləri ilə saytda yayımlanan bəyanat ziddiyyət təşkil edirdi? Digər tərəfdən… Qüsuruma baxmayın, amma mən illərdi mövcud olan bu klubdan media önünə başqa kimlərinsə çıxdığını xatırlamıram…
2. Klub prezidenti ilə razılaşdırılmama məsələsinə gəlincə… Hafiz Məmmədov özü də deyib ki, hadisə baş verən gün Azərbaycanda olmayıb. Amma məsələdən dərhal xəbər tutub. Yaxşı, klubun mövqeyi prezident məsələdən hali olan kimi müəyyənləşməli deyildimi?
İndi gələk Nəriman bəyin toplantının ardınca istefa ərizəsini yazmasına. Tanıdığım həmkarlarımın hamısı üzgündü buna görə. Niyə? Çünki Mehdiyev mətbuatdan çıxmış adamdı, illərin təcrübəsini daşıyır və medianı ondan gözəl bilən, mətbuat-klub-mətbuat əlaqələrinin mahiyyətini ondan yaxşı başa düşən olmaz o klubda. Öz işində etdiyi yeniliklər kifayət qədərdi. Elə bircəciyini demək bəs edər: Mehdiyev ilkə imza ataraq Azərbaycanın bütün klublarına internet TV yaratmaq və telekanalların nazıyla oynamadan oyunları azarkeşlərin evinə gətirmək ənənəsini öyrətdi.
Şəxsi keyfiyyətlərindən isə danışmağı artıq bilirəm. Bircə cümlədən savayı… Ziyalı ailəsindən çıxmış ziyalıdı Nəriman bəy! Onun toplantıdan dərhal sonra istefa ərizəsini yazması da genindəki əxlaqın göstəricisidi.
Bu gün işinin öhdəsindən pis-yaxşı gələnləri haqlarını yeyə-yeyə futboldan uzaqlaşdırdız, tutaq ki… Sabah kiminlə işləyəcəksiz axı? İnanın, geridə peşəkar qalmayıb… Bir baxın… Görün hadisənin əsas günahkarları hardadı, klubu və klubun simasında sizi müdafiə etmiş insan harda… Klubunuzun imici getdikcə korlanır…
P.S. Hadisədən sonra “Bakı”nın toplantı keçirməsi, töhmətlər, cəzalar verilməsi… Hafiz bəy, siz etiraf edirsiz ki, günah sizinkilərdədi? Hər halda, “Neftçi”də belə bir iclas olmadı, kimsə töhmətləndirilmədi, küsdürülmədi…
P.P.S. Hafiz bəy, indi hamı sizi qınayır, deyirlər, daha sizin humanistliyinizə inam qalmayıb. İndi mən nə edim? İnamın itməsi çox pis şeydi…

Son yazılar

To Top