“Qalatasaray”ın və Türkiyə millisinin sabiq üzvü Okan Buruk oğruların hədəfinə çevirilib.
Korner.az-ın məlumatına görə, hazırda “Elazığspor”a başçılıq edən veteran futbolçunun anasının evi soyulub.
Evə girən oğrular Okan Burukun 2000-ci ildə qazandığı UEFA Kubokunun qızıl medalının olduğu kassanı aparıblar. Polislər hazırda oğruların yaxalanması üçün əməliyyat aparır.