“Sabah”ın yeni transferi məşqlərə qoşuldu
08.07.2023 , 16:18

“Sabah”ın yeni transferi Vensan Till məşqlərə qoşulub.
Korner.az xəbər verir ki, bu barədə “futuristlər”in mətbuat xidməti məlumat yayıb. 23 yaşlı yarımmüdafiəçi dünən “Sabah”la 2 illik müqavilə imzalayıb.
Avstriyada təlim-məşq toplanışında olan Masazır təmsilçisi sabah Qətərin “Əl Sədd” klubu ilə qarşılaşacaq.
