“Sabah” yeni mövsüm üçün hazırlıqlara start verdi
02.07.2021 , 10:13

“Sabah” yeni mövsümün hazırlıqlarına start verib.
Korner.az xəbər verir ki, komanda ötən gün “Bank Respublika Arena”nın əsas meydançasında ilk məşqinə çıxıb. Məşq zamanı futbolçular müxtəlif fiziki təmrinləri yerinə yetiriblər.
“Sabah”ın Bakı toplanışı iyulun 14-ə kimi davam edəcək. Ramin Quliyevin yetirmələri toplanış çərçivəsində iyulun 9-da “Bank Respublika Arena”da “Zirə” ilə yoxlama oyununda qüvvəsini sınayacaq. İyulun 15-də komanda Gürcüstanın Tbilisi şəhərinə yola düşəcək. Yay təlim-məşq toplanışının ikinci mərhələsini əhatə edəcək Tbilisi toplanışı iyulun 29-dək davam edəcək.
