“Sabah” çempion oldu
29.04.2022 , 17:39

“Sabah” U-16 Liqasının qalibi olub.
Korner.az xəbər verir ki, çempionatın son turunda “Neftçi”ni 4:1 hesabıyla məğlub edən komanda mövsümü 58 xalla birinci pillədə başa vurub.
Görüşdə “futuristlər”in qollarına Niyazi Osmanov (2) və Vüsal Əmirəhmədov (2) imza atıblar.
