“Sabah” – “Beşiktaş” matçının biletləri satışa çıxarıldı
05.05.2023 , 20:55

“Sabah” və “Beşiktaş” arasında keçiriləcək yoldaşlıq oyununa bilet satışları başlayıb.
Korner.az xəbər verir ki, biletləri bu gündən “Iticket”in sabahdan etibarən isə Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından da əldə etmək mümkündür.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Biletlərin qiyməti 5-300 manat arasında dəyişir.
“Sabah” – “Beşiktaş” yoldaşlıq oyunu mayın 13-də saat 18:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç xeyriyyə xarakteri daşıyır.
Biletlərin bu gündən satışa çıxarılmasını Korner.az yazmışdı.
