“Bavariya” axtardığını “Ayntraxt”da tapdı
05.05.2023 , 20:25
“Bavariya” “Ayntraxt”ın hücumçusu Kolo Muanini transfer edə bilər.
Korner.az xəbər verir ki, Münhen təmsilçisi keçid üçün qarşı tərəfə 60 milyon avro təklif edəcəyi gözlənilir.
Kolo Muani ilə “Bavariya”yla yanaşı “Mançester Yunayted” və PSJ-nin də maraqlandığı vurğulanıb.
Bundan əlavə, PSJ-nin 24 yaşlı ulduz üçün 100 milyon avro və bonuslar ödəməyə hazır olduğu bildirilir.
Randal Kolo Muani “Ayntraxt”da 41 rəsmi matçda 21 qol vurub və 15 məhsuldar ötürmə edib.