“Səbail”dən heç-heçə
14.01.2022 , 18:50
2021/2022 mövsümünün ikinci yarısının hazırlığını davam etdirən “Səbail” bu gün qış toplanışı çərçivəsində ilk yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, Aftandil Hacıyevin baş məşqçisi olduğu komanda “Qarabağ”ın əvəzediciləri ilə qarşılaşıb.
Görüş qolsuz heç-heçə ilə başa çatıb.
14 yanvar
“Səbail” – “Qarabağ-2” – 0:0
