“Neftçi” heç-heçə ilə başladı
14.01.2022 , 19:16

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi” bu gün ilk yoxlama oyununa çıxıb.
Korner.az xəbər verir ki, paytaxt təmsilçisi Macarıstanın “Kişvarda” klubu ilə qarşılaşıb.
Matç 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
“Neftçi” yanvarın 19-da “Visla” (Plotsk, Polşa), yanvarın 24-də ÇSKA-1948 (Bolqarıstan) klubları ilə qarşılaşacaq.
Yoxlama oyunu
“Neftçi” – “Kişvarda” – 2:2
Qollar: Emin Mahmudov, Ramin Nəsirli
