“Sabah” məğlub oldu, “Neftçi” 4 cavabsız qolla qalib gəldi
08.04.2023 , 21:55

Bu gün Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu keçirilib.
Korner.az xəbər verir ki, günün ilk matçında Bayılda “Səbail” “Sabah”ı qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Günün digər matçı Sumqayıtda olub. Samir Abasovun rəhbərlik etdiyi yerli komanda “Neftçi” ilə qarşılaşıb. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XXIX tur
8 aprel
“ASCO Arena”
Hakimlər: İnqilab Məmmədov, Elşad Abdullayev, Eyyub İbrahimov, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Sumqayıt şəhər stadionu
Hakimlər: Rauf Allahverdiyev, Zeynal Zeynalov, Cavanşir Yusifov, Əli Əliyev
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Seymur Səlimli
