“Bu 3 xal bizim üçün çox vacib idi” – Şahin Diniyev
08.04.2023 , 21:41

“Səbail”in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XXIX turunda doğma meydanda “Sabah”ı 2:1 hesabı ilə məğlub etdikləri matçı şərh edib.
Korner.az xəbər verir ki, mütəxəssis oyunla bağlı bunları deyib:
“Çox gərgin oyun oldu. Qarşılaşma 90 dəqiqə yüksək tempdə və qarşılıqlı hücumlar şəraitində keçdi. “Sabah” baxımlı oyun sərgiləyən komandalardan biridir. Belə bir rəqibə qarşı oynamaq çox çətindir. Komandam bu gün 97 dəqiqəni yüksək səviyyədə keçirməyi bacardı. Sevinirəm ki, bu gün biz “Sabah” kimi bir rəqibi məğlub etdik. Arxayın olmamalıyıq. Komandam bu gün sonadək özünə inandı. Bunun nəticəsi olaraq, sonuncu dəqiqədə vurduğumuz qolla qalib gəldik. Bu 3 xal bizim üçün çox vacib idi”.
