“Səbail” “Konyaspor”la qarşılaşacaq
07.07.2023 , 23:37

“Səbail”in Türkiyə toplanışı çərçivəsində qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib.
Korner.az xəbər verir ki, Şahin Diniyevin baş məşqçi olduğu kollektiv “Konyaspor”la üz-üzə gələcək. Bu barədə Superliqa təmsilçisinin rəsmi saytı məlumat paylaşıb.
Oyun iyulun 21-i yerli vaxtla saat 17:00-da başlayacaq.
