“Sabah”dan yeni transfer
08.07.2023 , 10:11

“Sabah” növbəti transferini açıqlayıb.
Korner.az xəbər verir ki, Masazır təmsilçisi Lüksemburq millisinin üzvü Vensan Tilli transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Son klubu “Vorskla” olan Till karyerası ərzində ölkəsində “Fola”, “Niderekorn”, “Rodanj”, Fransada “Mets”, “Pau”, “Orlean”, Portuqaliyada “Nasional”, İsveçdə “Erebru” və AİK-də çıxış edib.
