Salomon Rondonu “Zenit”ə verən “Rubin” hücum xəttini gücləndirir.
Korner.az-ın məlumatına görə, Ruslan Abışovun çıxış etdiyi komanda PSV-dən Tim Matavzı heyətinə qatır.
Məlumata görə, “Rubin” rəhbərliyi hazırda sloveniyalı futbolçunun meneceri ilə danışıqlar aparır. Həmçinin qeyd olunur ki, “Fulhem”dən Bryan Ruizi icarəyə götürən PSV Timi satmaq niyyətindədi.
