"Belə bir tədbirdə iştirak etmək bizim üçün stimuldu. Ayın 17-si final oyunu var bu matçdan yalnız qələbə ilə ayrılmağı planlaşdırırıq. Bamayaraq ki, "Bakı" heç də zəyif komanda deyil". Bu sözləri Korner.az-a açıqlamasında "Neftçi" klubunun futbolçusu Ruslan Abışov tələbələrlə görüşdən sonra deyib. Gənc futbolçu saytımıza açıqlamasında daha sonra bunları deyib:
"Müqaviləm "Bakı" ilə oyundan sonra bitir. May ayının 17-də keçiriləcək kubokun final matçından sonra harda oynayacağım tam dəqiqləşəcək. Təkliflər var. Lakin ad açıqlamaq istəmirəm. "Bakı" ilə oyundan sonra nə baş verdiyini sizdə görərsiz.
"Neftçi"nin Çempionlar Liqasındakı çıxışına gəldik də isə, biz çalışacağıq ki, bu qədər azarkeşə sevinc bəxş edək. Artıq komandamıza Rəşad Sadiqovda qoşulur. Bu "Neftçi"nin gücünə güc qatacaq. O, millinin futbolçusudu və bizə çox böyük kömək edə bilər".
