"Çelsi" UEFA Avropa Liqasının qalibi olan "Atletiko"nun (Madrid) ulduz futbolçusu Radomel Falkaoya maraqlı transfer təklifi göndərməyə hazırlaşır.
Korner.az-ın məlumatına görə, "zadəganlar" kolumbiyalı futbolçu üçün 15 milyon avro + Fernando Torresi təklif edəcəklər. Madrid təmsilçisi sabiq futbolçuları Torresi komandalarında görmək istəyirlər. Eyni zamanda "Atletiko"nun gələn mövsüm ÇL- da çıxış etməməsi Falkaonun komandadan getmə ehtimallarını artırır.
