"Qarabağ"da `yarpaq tökümü` davam edir. Korner.az-ın məlumatına görə, bu dəfə Ağdam klubundan ayrılan qapıçı Boyan Pavloviç olub. Serbiyalı qapıçı Rəşad Sadiqov, Nderim Nedzipi və Georgi Adamiyanın ardından “Qarabağ”ı tərk edən 4-cü futbolçudur.
Qeyd edək ki, Boyan Premyer Liqanın 2011/12 mövsümündə 28 oyun keçirib və 21 qol buraxıb.