Rusiyanın "Rubin" klubunun futbolçusu Roman Şaronov püşkün nəticəsini dəyərləndirib. Korner.az-ın məlumatına görə, Avropa Liqasının qrup mərhələsində "Neftçi"yə rəqib olan Kazan təmsilçisinin futbolçusu hər üç komandanın ciddi rəqib hesab edir:
"Püşk adi bir taledir. Rəqiblərimiz ciddi komandalardır və biz onlarla oyunlara yaxşı hazırlaşmalıyıq. Bu elə bizim özümüzə də aiddir, amma hər şey meydanda həll olunacaq. Hər oyuna ayrıca hazırlaşacağıq. Bizim çox təcrübəli məşqçilər korpusu var, onlar rəqiblərimizi lazımınca təhlil edəcəklər, biz isə meydan məşqçilərimizin tapşırıqlarını yerinə yetirəcəyik. Ona görə də, püşkü pis və yaxşı dəyərləndirmək olmaz. Şəxsən mən “İnter” kimi tanınmış komandanın bizim ilə eyni qrupa düşməsinə çox şadam”.
