İngiltərənin "Arsenal" klubu daha bir futbolçusunu icarəyə verib. Korner.az-ın məlumatına görə, İspaniyanın "Selta Viqo" klubu 27 yaşlı Ju Yonq Parkı "topçular"dan icarəyə götürüb. 2011-ci ildən "Monako"dan "Arsenal"a transfer olunan koreyalı futbolçu London təmsilçisinin heyətində ötən mövsüm cəmi altı oyunda forma geyinmək şansı qazanmışdır.
