“Qalatasaray”la eyni qrupda yer alan və qrupdan çıxmağı dəqiqləşən “Real”da baş məşqçi Ançelotti heyətdə rotasiyaya getmək istəyir.
Korner.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Portuqaliya millisiylə İsveçə qarşı pley-of oynayacaq Ronaldonu Ançelotti “sarı qırmızılı”larla oyunda oynatmaq istəmir.
İtalyan mütəxəssis futbolçusuna sıx qrafikdə istirahət vermək istəyir, lakin Ronaldo inadla “Cim Bom”a qarşı oynamaq istədiyini bildirib.
