Ronaldodan het-trik
03.04.2024 , 07:24

“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Pro Liqasının 26-cı turunda səfərdə “Əbhə” ilə qarşılaşıb.
Korner.az xəbər verir ki, görüş qonaq komandanın 8:0 hesablı qələbəsi ilə başa çatıb.
Qarşılaşma Kriştiano Ronaldo üçün əlamətdar olub.
Belə ki, futbolçu sözügedən görüşdə het-trik edib, eyni zamanda qol ötürməsi verib.
