DÇ-2014-ün seçmə mərhələsindəki rəqiblərimizdən olan Portuqaliya yığması Bakıya Paulu Bentu gətirəcək. Korner.az-ın məlumatına görə, Portuqaliya Futbol Federasiyası Bentu ilə müqavilənin müddətini iki il daha uzadıb. Bu isə o deməkdi ki, Portuqaliyanı Bakıya Bentu gətirəcək.
Xatırladaq ki, Bentu 2010-cu ilin sentyabr ayında Karluş Keyruşu əvəzləyib. Onun gəlişindən sonra portəgizlər AÇ-2012-nin seçmə mərhələsində uğurlu çıxış etməklə, qitə çempionatına vəsiqə qazana bildilər. 42 yaşlı mütəxəssis qarşıdakı AÇ-yə 23 futbolçu çağırmağa hazırlaşır. Portəgizləri qitə birinciliyinin qrup mərhələsində Almaniya, Danimarka və Hollandiya ilə görüşlər gözləyir.