Bu gün ölkənin ən geniş oxucu kütləsinə sahib olan idman qəzetlərindən olan “KomandA”nın 4 yaşı tamam olur. Hər zaman sözünü qətiyyətlə deyən qəzetin ilk sayı 2008-ci il mayın 4-də işıq üzü görüb. Xüsusilə futbolumuzdakı qeyri-peşəkarlıq, ədalətsizlik, məsuliyyətsizliklərə qarşı mübarizədə ön sıralarda duran qəzet gənc olmasına baxmayaraq, qısa müddətdə haqq sözünü deməsi ilə rəğbət qazanıb.
“Korner.az”ın kollektivi “KomandA”dakı həmkarlarını təbrik edir, gələcək fəaliyyətində uğurlar arzulayır, tutduqları yolda büdrəməməyi dönməməyi arzulayır!
